Buta Travel
520 subscribers
7 photos
2 videos
18 links
Download Telegram
Qazaxıstan 27 sentyabrdan etibarən Azərbayacanla bərabər 16 ölkə ilə hava nəqliyyatını bərpa etməyə razılıq verib. Daha öncə Azərbaycan vətəndaşlarının bu ölkəyə turist kimi getməyinə icazə yox idi. Qeyd edim ki, Qazaxıstan vətəndaşlarının Azərbaycana turist səfəri hələ də qadağandır. Uçuşların bərpa olunacağı tarix isə hələ ki, açıqlanmayıb.
Ötən gecə WizzAir Budapeşt-Bakı-Budapeşt reysini bərpa etdi. Yeni uçuş cədvəlinə əsasən, uçuşlar oktyabrın sonuna kimi həftədə bir dəfə, bazar ertəsi günü, Noyabrdan isə cümə axşamı və bazar günüləri icra ediləcək.

Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, aviaşirkət yaxınlarda dayandırılan Əbu Dabi-Bakı-Əbu Dabi reysini də dekabr ayının 13-dən bərpa etməyi planlayır.
Noyabrın 4-dən etibarən Gulf Air Bəhreyn-Bakı reysini bərpa etməyi planlaşdırır. Biletlər artıq rəsmi saytda satışdadır.
Böyük Britaniya Azərbaycanı qırmızı siyahıdan çıxarıb, çünki qırmızı siyahı ləğv olunub. Amma bu məsələnin yeganə müsbət tərəfidir. Mənfi tərəfi isə odur ki, Azərbaycanda verilən peyvənd sertifikatı Birləşmiş Krallıqda tanınmır. Halbuki ölkənin qəbul etdiyi vaksinlərdən biri də Azərbaycanda istifadə olunan Pfizer vaksinidir.

Qərara əsasən, təsdiqlənmiş vaksinlərdən birini (iki doza) vurduran şəxslər 10 günlük karantinə alınmadan, yalnız Britaniyaya giriş etdiyi andan 48 saat ərzində test verməklə ölkə ərazisində sərbəst dolaşa bilərlər.

Azərbaycan vətəndaşları isə müvafiq peyvənd sertifikatı olsa da, Britaniyaya getməzdən öncə, ora girişdən 2 gün və 8 gün sonra ümumi qiyməti 291 funt (672 AZN) olan test verməlidirlər. Alternativ olaraq ölkəyə daxil olandan 5 gün sonra test verib mənfi nəticə əldə olunsa, karantin ləğv oluna bilər. Amma 8-ci günün testini istənilən halda vermək lazımdır.

Mənbə: gov.uk
Daha 23 ölkə vətəndaşlarının Azərbaycana hava yolu ilə gəlməyinə icazə verildi. Bu ölkələri aşağıdakı siyahıda görə bilərsiniz. Daha öncə icazə verilən ölkələrin siyahısı isə öncəki postlarımda var.

🇦🇷 Argentina Respublikası;
🇦🇺 Avstraliya İttifaqı;
🇧🇷 Braziliya Federativ Respublikası;
🇧🇳 Bruney Darüssalam;
🇰🇷 Cənubi Koreya Respublikası;
🇨🇱 Çili Respublikası;
🇪🇨 Ekvador Respublikası;
🇰🇭 Kamboca Krallığı;
🇨🇷 Kosta Rika Respublikası;
🇨🇺 Kuba Respublikası;
🇰🇼 Küveyt Dövləti;
🇰🇿 Qazaxıstan Respublikası;
🇲🇻 Maldiv Respublikası;
🇲🇽 Meksika Birləşmiş Ştatları;
🇲🇦 Mərakeş Krallığı;
🇲🇳 Monqolustan;
🇲🇪 Monteneqro;
🇸🇯 Norveç Krallığı;
🇴🇲 Oman Sultanlığı;
🇵🇦 Panama Respublikası;
🇸🇻 Salvador;
🇺🇾 Uruqvay Şərq Respublikası;
🇳🇿 Yeni Zelandiya.
👮‍♂️Almaniyaya getməyə hazırlaşanların nəzərinə.

Almaniyaya viza almaq və sərhədi keçmək üçün orada qeydiyyatdan keçmiş sığorta şirkətinin sığortası lazımdır. Azərbaycanda verilən, COVİD19 öhdəliyi də olan səfər sığortaları qəbul olunmur.

Almaniyanın bir neçə sığorta şirkətinin rəsmi veb-saytını əlavə edirəm.
https://www.mawista.com/en/
https://www.axa-schengen.com/en
https://www.allianz-reiseversicherung.de/en_DE.html
Yeni qiymət artımları:

- Xarici pasport üçün 40 AZN-dən 60 AZN,
- Nikahın qeydə alınması 5 AZN-dən 10 AZN-ə, pozulması 15 AZN-dən, 20 AZN,
- Soyad, ad və ata adının dəyişdirilməsi 10 AZN-dən 15 AZN,
- Avtomobil nömrəsi 22 AZN-dən 30 AZN,
- Sürücülük vəsiqəsi 20 AZN-dən 40 AZN-ə.
Wizz Air Əbu-Dabidən Bakıya olan reysini bərpa etdi. Du‌nən bu go‌zlənilən uc‌us‌ bas‌ tutdu. Hazırda peyvəndi olan turistlər Əbu-Dabiyə BƏƏ vizası ilə rahat gedə bilərlər. Azərbaycan Əbu-Dabi əmirliyinin yaşıl siyahısındadır.
Biletlər 20-40 avro ətrafındadır.
“Buta Airways” aviaşirkəti Bakıdan Kazan və Ufa şəhərlərinə uçuşları bərpa edir

Hər iki istiqamətdə reyslər həftədə iki dəfə yerinə yetiriləcək.

Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar 16 mart tarixindən başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə 17 mart tarixindən başlayacaq və həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.
Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.

Aviabiletlərin dəyəri  55 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.
Bu günlərdə @buta_airways "Büdcə" tarifini bərpa etdi. Bu tarif aviaşirkətin ən sadə sinifidir. Tarifə baqaj və tamölçülü əl yükünün daşınması daxil deyil. Bunun üçün əlavə ödəniş olunmalıdır.
12.03.2020 tarixindən etibarən isə həcmi 30x35x10 sm ölçüsünə kimi olan kiçik əl yükü/bel çantasını özünüzlə pulsuz apara bilərsiniz. Bu yüklərin ölçüsünün tələblərə uyğunluğunu ölçmək üçün aeroportlarda şəkildə gördüyünüz xüsusi konstruksiyadan istifadə olunur. Çəki məhdudiyyəti yoxdur.

"Büdcə" tarifində əlavə olaraq aşağıdakıları pulsuz daşıya bilərsiniz:

Yuxarıda qeyd etdiyim kiçik əl çantası yoxdursa, kamera çantası və portativ kompyuter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);

Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);

Fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa;

Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İstanbul aeroportu fəaliyyətini bərpa edib.
Reyslərimizdə qeydiyyata alınmış baqajın daşınması normaları haqqında infoqrafikanı təqdim edirik. 🛄
Məlumatı itirməmək üçün şəkli smartfonunuzda saxlaya bilərsiniz. 🤳
✈️
Предлагаем вашему вниманию инфографику о правилах провоза регистрируемого багажа на наших рейсах.
Чтобы не потерять информацию, можете сохранить картинку на смартфоне.
Buta Airways Rusiyanın Mineralnıe Vodı şəhərinə 6 fevraldan etibarən birbaşa reys açır. Qiymətlər 29 avrodan başlaylır.
Biletləri www.butaairways.az saytından ala bilərsiniz.

Rusiya və Ukraynanın digər şəhərlərinə də yenu uçuşların olacağı gözlənilir. Səhifəni izləyin
18 martdan Pegasus Gəncədən İstanbula reyslərə başlayır. 1 tərəfli biletin ilkin qiyməti 56€. Ən ucuz tarifə əl yükü daxildir. Uçuş həftədə 2 dəfə olacaq. Gəncəyə 18:00-da enəcək, Gəncədən 19:30-da uçacaq.
Eyni zamanda Avropa şəhərlərinə də indiki qiymətlərdən daha ucuz qiymətə uçmaq şansı yaranır.

Biletləri üçün www.flypgs.com saytına baxın.
5 mart tarixindən etibarən “Smartavia” aviaşirkəti Sankt-Peterburqdan Bakıya uçuşlara başlayır.

Aviatravel.az xəbər verir ki, uçuşlar həftədə 1 dəfə, şənbə günləri yerinə yetiriləcək.

Pulkovo hava limanından uçuş saat 16:30-da, Bakıya eniş yerli vaxt ilə saat 21:15-də.
Bakıdan saat 22:15-də yola düşəcək və Sankt-Peterburqa 01:15-də çatacaq. Bir tərəfə biletlər 83 avrodan başlayır. Biletləri flysmartavia.com saytından almaq olar.
Bakıdan İstanbula ən ucuz necə getmək olar?

Bakıdan İstanbul ən qısa yol hava yoludur. Belə ki, cəmi iki saat yarıma təyyarə ilə İstanbula çata bilərsiniz. Amma bu yalnız bir dəfə ucuz – yəni 29 avro olur, o da Buta Airways biletləri təzə satışa çıxaranda. Əksər hallarda isə bir tərəfə 150-200 manat olur. Eyni zamanda, elə insanlar var ki, onlar təyyarə ilə uçmaqdan çəkinirlər. Və ya macəranı sevən, özünə “prikluçeniya” axtaran dostlar da var.
Sizə quru yolla İstanbula çatmağın ən ucuz yolunu göstərəcəm. Cədvəldə ardıcıllıqla nəqliyyat növü, marşrut, qiymət və səfər müddətinə baxın. Biletləri avtovagzal.az, obilet.comtcddtasimacilik.gov.tr saytlarında ala bilərsiniz. Naxçıvan-Iğdır avtobusuna bilet onlayn satılmır. Qeyd olunan vaxtlar nəqliyyat vasitəsində keçirdiyiniz vaxtdır, gerçəkdə səfərin başlama və bitmə müddəti daha çox olacaq. O səbəbdən daha maraqlı və rahat olması üçün hər yeni getdiyiniz şəhərdə 1 gecə qalıb, həm dincələ, həm də kəşf edə bilərsiniz.
Hörmətli sərnişinlər,
Aviabilet alışı zamanı ad və soyad xarici pasportda olduğu kimi ingiliscə yazılmalıdır. Nəzərə almağınızı xahiş edirik.

✈️

Уважаемые пассажиры,
Просим принять во внимание, что при покупке авиабилета имя и фамилия должны быть написаны на английском, как в загранпаспорте.
Bu postu paylaşın, save edin🙋‍♂️

Qarşıdan Novruz bayramı gəlir, 9 gün tətil olacaq. Həmişəki kimi hamı bu gözəl fürsətdən yararlanıb ölkə xaricinə getmək istəyir. İki ən məşhur istiqamətə giriş qaydalarını yazacağam – Türkiyə və Gürcüstan.

🇹🇷Türkiyəyə gedərkən aşağıdakı hallardan biri varsa, PCR test vermək lazım deyil:
Ən azı iki doza peyvənd olunmusunuzsa və ikinci dozadan 14 gün keçibsə,
Koronavirusa yoluxub sağalmısınızsa və sonunucu pozitiv nəticədən 28 gün keçib, 180 gün keçməyibsə,
Sərnişinin yaşı 12-dən aşağıdırsa,
Naxçıvandan quru yolla gedirsinizsə.

⚠️ Sadalanan hallardan hansısa sizə aid deyilsə, uçuşa 72 saat qalmışdan etibarən verilmiş PCR testin neqativ nəticəsi ilə Türkiyəyə uça bilərsiniz. Eyni zamanda Türkiyəyə səfərdən öncə https://register.health.gov.tr saytında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatın sonunda sizə HES kod təqdim olunacaq. O kod Türkiyədə AVM, kafe, restoran və s. obyektlərə gedərkən tələb olunur.

Rəsmi mənbə: https://bit.ly/3H8rdZZ

🇬🇪Təyyarə ilə Gürcüstana gedərkən aşağıdakı hallardan biri varsa, PCR test vermək lazım deyil:
Ən azı iki doza peyvənd olunmusunuzsa,
Son 100 gündə koronavirusa yoluxub sağalmısınızsa və bir doza peyvənd vurdurmusunuzsa (peyvənddən 14 gün keməlidir),
Sərnişinin yaşı 10-dan aşağıdırsa,

⚠️ Sadalanan hallardan hansısa sizə aid deyilsə, uçuşa 72 saat qalmışdan etibarən verilmiş PCR testin neqativ nəticəsi ilə Gürcüstana uça bilərsiniz, çatdıqdan 3 gün sonra yenidən öz hesabınıza PCR test verməlisiniz. Həmçinin bu kateqoriya turistlər səfərdən öncə https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/ linkində qeydiyyatdan keçməlidirlər.

Rəsmi mənbə: https://bit.ly/3IctZ1t
Müharibə ilə əlaqədar Ukraynanın hava məkanı mülki təyyarələr üçün bağlanıb. Ukraynaya/Ukraynadan olan bütün reyslər ləğv edilib. Eyni zamanda, Rusiyanın cənub regionunda olan Rostov (Platov), Krasnodar (Paşkovski), Anapa (Vityazevo), Gelencik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk, Voronej, Həştərxan aeroportları da fəaliyyətini dayandırıb.

Buta Airways Bakı-Kiyev və Bakı-Həştərxan reyslərini ləğv edib.
Ukrayna Beynəlxalq Hava Yollarının Bakı-Kiyev reysi isə Kişinyova yönləndirilib.

Hazırda Moskva istiqamətində olan aviareyslər Qazaxstanın hava məkanına daxil olaraq davam edir.

#ukrainewar