Buta Travel
530 subscribers
7 photos
2 videos
18 links
Download Telegram
Aviaşirkətiniz tərəfindən yerinə yetirilən reyslərdə əl yükünün daşınması ilə bağlı hansı qaydalar tətbiq edilir?

- Azərbaycanın milli aviadaşıyıcısı AZAL və “Buta Airways” aşağıbüdcəli aviaşirkəti pandemiyadan əvvəl qüvvədə olan əl yükünün daşınması qaydalarını bərpa edir. "Azərbaycan Hava Yolları"nın reyslərində 10 kq-a qədər çəkidə əl yükünün daşınmasına yenidən icazə verilir. “Buta Airways” reyslərində sərnişin, daşınmasına icazə verilən əl yükü əşyalarına əlavə olaraq, ödənişsiz əl yükü qismində istənilən əşya (bel çantası, idman çantası və s.) götürə bilər (ölçülər üç ölçünün cəmi üzrə 75 sm-dən çox olmamalıdır - 30x35x10 sm).
Ən çox verilen suallardan:

"Aldığımız biletin müəyyən səbəblərdən vaxtını dəyişə bilərik mi"

Bəli dəyişilir lakin cərimə olaraq 60 € (euro) ödənilməlidir. (və ya biletin dəyərinin 50%-i)
Azərbaycana giriş qaydalarına dəyişiklik edib. Əvvəlcədən deyim ki, Azərbaycan vətəndaşları üçün ciddi dəyişikliklər yoxdur. Amma xaricdə yaşayan qohumları üçün var.Beləliklə:
• Yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan xarici ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycana gələ bilər. Yəni onların Azərbaycana gəlməyi üçün Covid pasportuna (peyvənd sertifikatı) ehtiyac yoxdur.
1 yaşa kimi uşaqlardan PCR test tələb olunmur.
• Azərbaycan vətəndaşları Azərbaycana gələn zaman PCR testin mənfi nəticəsini təqdim etməlidirlər. Vaksin olunub-olunmamağın fərqi yoxdur.
• Sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq. Yəni Azərbaycana gələn zaman Bakı aeroportunda qızdırmalı olsanız, yenidən test versəniz və testiniz pozitiv çıxsa aviadaşıyıcının hesabına karantinə alınacaqsınız və zarurət olsa müalicə olunacaqsınız.
• Hansısa aviaşirkət ard-arda üç reysinin hər birində Azərbaycana 3-dən çox viruslu sərnişin daşısa o aviaşirkətin Azərbaycana olan reysləri müvəqqəti olaraq dayandırılacaq.
(c) Azər İsmayılov
❗️ Diqqətli olun

Əziz həmvətənlər,

Əcnəbi olaraq dünən vətənə gəldik, sizinlə ən yeni məlumatı bölüşüm:

- Viza birinci dərcəli ailə üzvü tərəfindən notaris təstiqli dəvətnamə ilə verilir (ana, ata, bacı, qardaş, evlisizsə yoldaşınız, qayınata və qaynana tərəfindən göndərilə bilər)
- PCR testi lazımdır 1 yaşdan (gözümüzün önündə İstanbulda boardingdə bir yaşlı uşağın pcr testi olmadığı üçün buraxmadılar).
- Sizə dəvətnamə göndərən şəxsin vəsiqəsinin sürəti
- Nigah haqqında arayış

Elə işçi var vəsiqənin sürətini istəyir, elə işçi var nigah kağızı istəyir evli olanlardan, hər ehtimala qarşı yanınızda olsun.
(c) Əsmər Aşurbeyli
This media is not supported in your browser
VIEW IN TELEGRAM
20 ölkədən Azərbaycana giriş-çıxış icazə verilir
Daha bir şad xəbər🥳😍

“Wizz Air” aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşlarını bərpa etdi. ✈️

Uçuşlar həftənin çərşənbə axşamı və şənbə günləri Bakıdan Abu-Dabi şəhərinə həyata keçiriləcəkdir.
Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda ənənəvi olaraq su arkası ilə qarşılandı.

✈️🌍
Türkiyəyə gedəcək şəxslərin nəzərinə.
6 sentyabrdan etibarən Türkiyə daxilində (şəhərlərarası) bütün - hava, su və quru nəqliyyatlarından istifadə etmək üçün vaksin, PCR test və ya immunitet sertifikatı təqdim olunmalıdır. Səfərinizi planlayan zaman nəzərə alın. Qayda fərdi nəqliyyat vasitələrinə aid deyil.

Paylaşın dostlarınız görsün🙂
Bu həftədən etibarən daha 13 ölkənin vətəndaşının Azərbaycana girişi üçün yaşıl işıq yandı. Vətəndaşlarla bərabər həmin ölkədə yaşayış icazəsi olanlar və vətəndaşlığı olmayan şəxslər də Azərbaycana gələ bilər. Misal üçün, Maksim Ukrayna vətəndaşıdır, amma ABŞ-da yaşayır, green card-ı var. Baxmayaraq ki, Ukrayna vətəndaşlarının Azərbaycana girişinə icazə yoxdur, Maksimin ABŞ oturumu olduğu üçün Azərbaycana gələ bilər. Və ya adamın vətəndaşlığı yoxdur, Almaniyaya sığınıb və Almaniyadan oturum alıb. O da Azərbaycana gələ bilər. Beləliklə, hazırda tam dozalı vaksin sertifikatı və mənfi nəticəli PCR test arayışı təqdim etməklə aşağıdakı ölkə vətəndaşları Azərbaycana gələ bilərlər. Asanviza-nın saytında müvafiq ölkə vətəndaşları viza ala bilərlər.

🇹🇷 Türkiyə Respublikası;
🇷🇺 Rusiya Federasiyası;
🇺🇲 ABŞ;
🇬🇧 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;
🇭🇺 Macarıstan Respublikası;
🇮🇱 İsrail Dövləti;
🇸🇩Birləşmiş Ərəb Əmirlikləri;
🇧🇭 Bəhreyn Krallığı;
🇶🇦 Qətər Krallığı;
🇩🇪 Almaniya Federativ Respublikası;
🇦🇹 Avstriya Respublikası;
🇧🇪 Belçika Krallığı;
🇨🇿 Çexiya Respublikası;
🇩🇰 Danimarka Krallığı;
🇨🇮 İrlandiya Respublikası;
🇪🇦 İspaniya Krallığı;
🇸🇪 İsveç Krallığı;
🇨🇭 İsvecrə Konfederasiyası;
🇨🇦 Kanada;
🇱🇺 Luksemburq Böyük Hersoqluğu;
🇲🇹 Malta Respublikası;
🇳🇱 Niderland Krallığı;
🇮🇩 Polşa Respublikası;
🇵🇹 Portuqaliya Respublikası;
🇷🇸 Serbiya Respublikası;
🇸🇬 Sinqapur Respublikası;
🇸🇰 Slovakiya Respublikası;
🇸🇮 Sloveniya Respublikası;
🇬🇷 Yunanıstan Respublikası;
🇨🇳 Çin Xalq Respublikası;
🇪🇪 Estoniya Respublikası;
🇫🇮 Finlandiya Respublikası;
🇫🇷 Fransa Respublikası;
🇭🇰 Honq-Konq (ÇXR);
🇭🇷 Xorvatiya Respublikası;
🇮🇸 İslandiya Respublikası;
🇮🇹 İtaliya Respublikası;
🇱🇻 Latviya Respublikası;
🇲🇾 Malayziya;
🇸🇦 Səudiyyə Ərəbistanı Krallığı;
🇯🇵 Yaponiya;
🇱🇹 Litva Respublikası.
Rusiyanın İrAero aviaşirkəti 16 sentyabrdan etibarən Gəncə-Naxçıvan-Gəncə reysini açacaq. Uçuşlar çümə axşamı olmaqla həftədə bir dəfə icara olunacaq. Hər şey daxil qiymət bir tərəfə 29 avrodan başlayır. Təyyarə Gəncədən Naxçıvana və əksinə Ermənistan üzərindən keçəcək və beləliklə uçuş müddəti cəmi 35-40 dəqiqə olacaq. İrAero bu uçuşda Rusiya istehsalı Sukhoi Superjet 100 təyyarəsini istifadə edəcək.

Qeyd edim ki, bu Azərbaycan tarixində bir ilkdir ki, xarici aviaşirkət ölkədaxili reys edir. THY də Gəncədən Naxçıvana və əksinə uçur, amma bu uçuşlar İstanbul reysinə sərnişin götürmək üçündür, yəni tək Gəncədən Naxçıvana bilet almaq mümkün deyil.

Səbəb isə : AZAL Ermənistan üzərindən uça bilmədiyi üçün uçuş 90 dəqiqəyə başa gəlir. O da sərfəli deyil.

mənbə; azkiss
🇷🇺 Rusiya vətəndaşlarının nəzərinə..

Əgər Azərbaycandan Rusiyaya qayıdırsınızsa, sizin uçuşdan öncə PCR test verməyinizə gərək yoxdur. Sadəcə uçuşdan öncə https://www.gosuslugi.ru/394604/1 linkinə daxil olaraq anketi doldurmaq lazımdır. Peyvənd olunmamış şəxslər Rusiyaya daxil olduqdan 3 gün ərzində PCR test verməli və nəticəni https://www.gosuslugi.ru/400705/1 linkinə daxil olaraq yükləməlidirlər.

Son 12 ayda peyvənd olunan və son 6 ayda virusa yoluxan Rusiya vətəndaşları isə bu testdən azaddırlar.

🔄 Paylaşın, daha çox insan görsün
Bir neçə gün öncə Ukraynanın Bees Airline aviaşitkətinin Odessa-Gəncə reysi üçün lisenziya aldığı haqqında yazmışdım.

1 noyabr tarixindən etibarən aviaşirkət Odessa-Gəncə-Odessa reysi ilə uçuşlara başlayacaq.

Uçuş həftədə bir dəfə, bazar ertəsi günü olacaq.
Uçuş müddəti 2 saat 40 dəqiqə təşkil edəcək.
Bir tərəfə qiymət 96 dollardan başlayır.
Biletlər https://bees.aero/ saytında satışdadır.

Xoş bir haldır ki, aviaşirkət aeroport kodu kimi yeni – GNJ kodunu istifadə edib.

Beləliklə, Gəncədən İstanbul, Moskva, St.Peterburq, İstanbul, Naxçıvanlla yanaşı Odessaya da uçmaq olacaq.

🔗bees.aero
WizzAir Əbu-Dabidən Bakıya olan reysləri dayandırmağa qərar verib. Bu istiqamətdə sonuncu reys 25 sentyabrda olacaq. Artıq veb-saytlarından 25 sentyabrdan sonrakı tarixlər üçün bilet satışı dayandırılıb. Düşünürəm ki, buna səbəb Əbu-Dabinin Azərbaycanı səyahət üçün qırmızı siyahıya salmasıdır.

Qeyd edim ki, daha öncə AirArabia da Əbu-Dabi-Bakı reysini dayandırmışdı.
Qazaxıstan 27 sentyabrdan etibarən Azərbayacanla bərabər 16 ölkə ilə hava nəqliyyatını bərpa etməyə razılıq verib. Daha öncə Azərbaycan vətəndaşlarının bu ölkəyə turist kimi getməyinə icazə yox idi. Qeyd edim ki, Qazaxıstan vətəndaşlarının Azərbaycana turist səfəri hələ də qadağandır. Uçuşların bərpa olunacağı tarix isə hələ ki, açıqlanmayıb.
Ötən gecə WizzAir Budapeşt-Bakı-Budapeşt reysini bərpa etdi. Yeni uçuş cədvəlinə əsasən, uçuşlar oktyabrın sonuna kimi həftədə bir dəfə, bazar ertəsi günü, Noyabrdan isə cümə axşamı və bazar günüləri icra ediləcək.

Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, aviaşirkət yaxınlarda dayandırılan Əbu Dabi-Bakı-Əbu Dabi reysini də dekabr ayının 13-dən bərpa etməyi planlayır.
Noyabrın 4-dən etibarən Gulf Air Bəhreyn-Bakı reysini bərpa etməyi planlaşdırır. Biletlər artıq rəsmi saytda satışdadır.
Böyük Britaniya Azərbaycanı qırmızı siyahıdan çıxarıb, çünki qırmızı siyahı ləğv olunub. Amma bu məsələnin yeganə müsbət tərəfidir. Mənfi tərəfi isə odur ki, Azərbaycanda verilən peyvənd sertifikatı Birləşmiş Krallıqda tanınmır. Halbuki ölkənin qəbul etdiyi vaksinlərdən biri də Azərbaycanda istifadə olunan Pfizer vaksinidir.

Qərara əsasən, təsdiqlənmiş vaksinlərdən birini (iki doza) vurduran şəxslər 10 günlük karantinə alınmadan, yalnız Britaniyaya giriş etdiyi andan 48 saat ərzində test verməklə ölkə ərazisində sərbəst dolaşa bilərlər.

Azərbaycan vətəndaşları isə müvafiq peyvənd sertifikatı olsa da, Britaniyaya getməzdən öncə, ora girişdən 2 gün və 8 gün sonra ümumi qiyməti 291 funt (672 AZN) olan test verməlidirlər. Alternativ olaraq ölkəyə daxil olandan 5 gün sonra test verib mənfi nəticə əldə olunsa, karantin ləğv oluna bilər. Amma 8-ci günün testini istənilən halda vermək lazımdır.

Mənbə: gov.uk
Daha 23 ölkə vətəndaşlarının Azərbaycana hava yolu ilə gəlməyinə icazə verildi. Bu ölkələri aşağıdakı siyahıda görə bilərsiniz. Daha öncə icazə verilən ölkələrin siyahısı isə öncəki postlarımda var.

🇦🇷 Argentina Respublikası;
🇦🇺 Avstraliya İttifaqı;
🇧🇷 Braziliya Federativ Respublikası;
🇧🇳 Bruney Darüssalam;
🇰🇷 Cənubi Koreya Respublikası;
🇨🇱 Çili Respublikası;
🇪🇨 Ekvador Respublikası;
🇰🇭 Kamboca Krallığı;
🇨🇷 Kosta Rika Respublikası;
🇨🇺 Kuba Respublikası;
🇰🇼 Küveyt Dövləti;
🇰🇿 Qazaxıstan Respublikası;
🇲🇻 Maldiv Respublikası;
🇲🇽 Meksika Birləşmiş Ştatları;
🇲🇦 Mərakeş Krallığı;
🇲🇳 Monqolustan;
🇲🇪 Monteneqro;
🇸🇯 Norveç Krallığı;
🇴🇲 Oman Sultanlığı;
🇵🇦 Panama Respublikası;
🇸🇻 Salvador;
🇺🇾 Uruqvay Şərq Respublikası;
🇳🇿 Yeni Zelandiya.
👮‍♂️Almaniyaya getməyə hazırlaşanların nəzərinə.

Almaniyaya viza almaq və sərhədi keçmək üçün orada qeydiyyatdan keçmiş sığorta şirkətinin sığortası lazımdır. Azərbaycanda verilən, COVİD19 öhdəliyi də olan səfər sığortaları qəbul olunmur.

Almaniyanın bir neçə sığorta şirkətinin rəsmi veb-saytını əlavə edirəm.
https://www.mawista.com/en/
https://www.axa-schengen.com/en
https://www.allianz-reiseversicherung.de/en_DE.html
Yeni qiymət artımları:

- Xarici pasport üçün 40 AZN-dən 60 AZN,
- Nikahın qeydə alınması 5 AZN-dən 10 AZN-ə, pozulması 15 AZN-dən, 20 AZN,
- Soyad, ad və ata adının dəyişdirilməsi 10 AZN-dən 15 AZN,
- Avtomobil nömrəsi 22 AZN-dən 30 AZN,
- Sürücülük vəsiqəsi 20 AZN-dən 40 AZN-ə.