Buta Travel
524 subscribers
7 photos
2 videos
18 links
Download Telegram
Bu gündən etibarən Buta Airways əlavə 23 kq baqajın qiymətini qaldırıb. İndiyə kimi 20 avro idisə ( uçuşa 3 saat qalmışa kimi), indən sonra 35 avro olacaq.
1 maydan etibarən Wizz Air Roma-Bakı-Roma aviareysini açmağı planlaşdırır. Uçuşlar Airbus təyyarələri ilə, həftədə iki dəfə, bazar ertəsi və cümə günləri olacaq.

Roma (FCO)-Bakı W6-8381 yerli vaxtla saat 06:20-də Romadan qalxacaq, saat 12:55-də Bakıya enəcək.

Bakı-Roma W6-8382 yerli vaxtla saat 13:35-də Bakıdan qalxacaq, 16:25-də Romaya enəcək.

Aviabiletin qiyməti bir tərəfə 69.99 avrodan başlayır. Qiymətə kiçik əl yükü daxildir.

Biletiləri onlayn
wizzair.com saytından ala bilərsiniz.
Buta Airways 10 000 aviabiletin 29 avroya satışını elan edir.

Buta 2023-cü ilin yay cədvəli çərçivəsində (martın 26-dan oktyabrın 29-dək) 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışını elan edir. Belə ki, “Buta Airways” aviaşirkəti bu gün saat 16:00-dan bütün hava limanı rüsumları daxil olmaqla, minimal “Büdcə” tarifi ilə 29 avroya 10 000 biletin onlayn satışına başlayıb.

Bu təklif aviaşirkətin aşağıdakı 9 istiqaməti üzrə keçərlidir:
Ankara
İzmir
İstanbul (Sabiha Gökçen Hava Limanı),
Tbilisi,
Aktau,
Həştərxan,
Mineralnıye Vodı,
Kazan və Ufa.

Aviaşirkətin
www.butaairways.az rəsmi saytında uçuş cədvəli ilə daha ətraflı tanış olmaq və aviabiletləri əldə etmək mümkündür. "Büdcə" tarifi ilə əldə olunan biletlərə ödənişsiz baqajın və ya əl yükünün daşınması daxil deyil, lakin təyyarənin göyərtəsinə ölçüləri 30x35x10 sm-ə qədər bel çantası, qadın əl çantası və ya kişi portfeli götürə bilərsiniz. Əlavə 23 kq baqajı uçuşa 3 saat qalmışa kimi onlayn və ya zəng mərkəzi ilə 35 avroya, hava limanında isə 40 avroya almaq olar.
2023-cü ilin yazından etibarən Bakıya yeni aviaşirkətlər uçacaq. Bunlar aşağıdakılardır:

Kişinyov-Bakı-Kişinyov, Air Moldova, mart 2023

Riqa-Bakı-Riqa, Air Baltic, may 2023

Afina-Bakı-Afina, Aegean Airlines, may 2023

Roma-Bakı-Roma, Wizz Air, may 2023

Biletlər aviaşirkətlərin rəsmi saytında satışdadır.
Butadan 29€ bilet ala bildiniz?
Final Results
10%
Bəli
79%
Xeyr
10%
Yoxlamadım
AZAL Qazaxıstana yeni reyslər açacaq. Belə ki, 16 martdan etibarən həftədə 2 dəfə Bakı-Astana-Bakı, 17 martdan etibarən isə həftədə iki dəfə Bakı-Almatı-Bakı. Biletlər artıq sarışdadır.
THY bu ayin 26-a kimi 10.06.2023-cü ilədək olan Istanbul biletlerinə endirim kompaniyasi edib. Baku-Istanbul-Baku biletlerini 8kq baqajla 199 avro, 23 kq baqajla 225 avroya ala bilərsiz.
Bu gündən etibarən:

Bütün xarici ölkə vətəndaşları Azərbaycana gələ bilər.

Azərbaycana gəlmək üçün xarici vətəndaşlardan peyvənd sertifikatı istənilməyəcək.

Rayonlararası qatar və avtobuslarla səyahət üçün peyvənd sertifikatı istənilməyəcək.

İri ticarət mərkəzlərinə, AVM-ə girmək üçün peyvənd sertifikatı istənilməyəcək.
2023-çü ilin sonuna kimi AZAL 62 istiqamətə uçuşlar həyata keçirməyi planlaşdırır. Artıq elan olunan reyslərdən əlavə olaraq Mühnen, Pekin, Muskat, İslamabad, Karaçi, Düşənbə və s. şəhərlərə olacaq. Nyu York reysi planda yoxdur;

2030-cu ilin sonuna kimi AZAL-ın təyyarə parkında yalnız dar gövdəli Airbus 320neo və geniş gövdəli Boeing 787 Dreamliner olacaq.

Şuşaya turların təşkili üçün Füzuli hava limanına mütəmadi uçuşların həyata keçirilməsi planlaşdırılır;

AirAsia aviaşirkətinin Azərbaycana gəlməsi üçün danışıqlar aparılır;

WizzAir və ilə regional hava limanlarına uçuşların təşkil edilməsi ilə bağlı danışıqlar aparılır;

WizzAir və Pegasus-la uçuş coğrafiyasının genişləndirilməsi ilə bağlı danışıqlar aparılır.
Buta Airways 30 maydan etibarən  Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə birbaşa reyslərə başlayacaq. Uçuşlar həftədə üç dəfə ediləcək.

Bakı-Düşənbə J2 9031 reysi ilə təyyarə yerli vaxtla saat 07:00-da Bakıdan qalxacaq, saat 10:20-da Düşənbəyə enəcək.

Düşənbə-Bakı J2 9032 reysi yerli vaxtla saat 11:20-də Düşənbədən qalxacaq, saat 13:00-da Bakıya enəcək.

Uçuş müddəti təxmini 2 saat 40 dəqiqə təşkil edəcək.

Aviabiletin qiyməti bir tərəfə
80 avrodan başlayır.
Biletləri onlayn
butaairways.az saytından və ya aviakassalardan ala bilərsiniz.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyul tarixinə qədər uzadıldı. 3 ildən artıqdır bağlı qalan quru sərhədləri haqqında heç bir müsbət qərar verilmədi.
“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.
Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq.
AZAL 2024-cü ilin aprel-avqust ayları üçün Buta-nın uçduğu istiqamətlərə biletləri satışa çıxarıb.

Bakı-Tbilisi 109₼
Bakı-İstanbul (Sabiha) 128₼
Bakı-İzmir 137₼
Bakı-Ankara 146₼
Bakı-Aktau 90₼
Bakı-Kazan 146₼
Bakı-Ufa 146₼

Qiymətə 10kq əl yükü daxildir.Biletləri
azal.az saytından ala bilərsiz.